Avro-2021-in vaxtı və yeri bəlli olub - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Avro-2021-in vaxtı və yeri bəlli olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 VOLEYBOL
--------------------------------------------------------------------
Avro-2021-in vaxtı və yeri bəlli olub


Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadın voleybolçular arasında keçiriləcək növbəti qitə çempionatının nə vaxt və hansı ölkələrdə (şəhərlərdə) keçiriləcəyi haqda nəhayət ki, son qərarını verib. Məlum olub ki, Azətrbaycan yığmasın sa daxil olmaqla 24 komandanın i.tirak edəcəyi AÇ-2021-in final mərhələsinin oyunları avqustun 18-dən sentyabrın 4-dək 4 müxtəlif ölkədə keçiriləcək. A qrupunun oyunları Belqradda (Serbiya), B qrupunun oyunları Plovdivdə (Bolqarıstan), C qrupunun oyunları Zadaredə (Xorvatiya), D qrupunun oyunları isə Rumıniyanın Kluje-Napoke şəhərində təşkil ediləcək. Yeri gəlmişkən, AÇ-2021-də mübarizə aparacaq 24 komandadan artıq 12-si bəllidir. Bunlar arasında 4-ü final oyunlarına ev sahibliyi edəcək komandalardı. Qalan 8 komanda arasında isə Azərbaycan da daxil olmaqla Türkiyə, İtaliya, Polşa. Hollandiya. Almaniya, Rusiya və Belçika yer alıb. Daha 12 iştirakçı komanda isə mayın əvvəlində keçiriləcək seçmə qrup oyunlarından sonra bəlli olacaq. Mayın 16-da isə AÇ-2021-in final mərhləsində iştirak etmək hüququ olan komandalar arasında püşkatma mərasimi keçiriləcək və bununla da hansı komandaların hansı qruplarda və şəhərlərdə mübarizə aparacaqları bəlli olacaq. Qrup oyunları başa çatandan sonra sentyabrın 28-dən oktyabrın 1-dək Belqrad və Plovdivdə baş tutacaq. Serbiyanın paytaxtı oktyabrın 3-də keçirilməsi planlaşdırılan yarımfinal görüşlərinə də ev sahibliyi edəcək. Nəhayət, ertəsi gün isə paytaxt Belqradda həm 3-cü yer uğrunda, həm də final oyunu və pley-off oyunları keçiriləcək.
Bir maraqlı məqamı da qeyd edək ki, bu qitə çempionatı həm də dünya çempionatına seçmə xarakteri daşıyacaq. Belə ki, qitənən ən güclü iki komandası (finalçılar) mundialda iştirak etmək hüququ əldə edəcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]