Akademik Rasim Əliquliyev: - Bir çox dillər məhv olmaq təhlükəsi ilə üz-üzədir

Akademik Rasim Əliquliyev: “Bir çox dillər məhv olmaq təhlükəsi ilə üz-üzədir”

 Akademik Rasim Əliquliyev: “Bir çox dillər məhv olmaq təhlükəsi ilə üz-üzədir”

 

 

Seminarda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyevbütün dünyada Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının əhəmiyyətini önə çəkərəkbildirib ki, dünyada baş verən qloballaşma prosesləri fonunda bəzi dillər daha çox istifadə olunaraq inkişaf edir, nisbətən geniş yayılmayan dillər isə məhv olmaq təhlükəsi ilə üz-üzədir. “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir” deyən alim müasir dövrdə bu məsələ ilə bağlı dünyada ciddi narahatlıqların olduğunu, bir çox dövlətlərin və alimlərin həyəcan təbili çaldığını dedi.Akademik cəmiyyətdə multikultural və multilinqual (çoxdilli) mühtin formalaşması, ayrı-ayrı xalqların dillərinin qorunması, həmin dillərdə təhsilin həyata keçirilməsinin müasir dövrdə aktuallıq kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və rəsmən tanınmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan alim,Ulu Öndərin Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyinisöyləyib.

Akademik R.Əliquliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dilimizin qorunması, orijinallığının qorunubsaxlanması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinə xüsusi diqqət göstərdiyini, bu sahədəməqsədyönlü siyasət apardığını, bir sıra fərman və sərəncamlar imzaladığını bildirib. Qeyd edib ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar və alimlər qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Alim AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin nəzəri əsasları, tarixi və mövcud vəziyyəti, dilin qorunması və zənginləşdirilməsi ilə bağlı tədqiqatların aparıldığını, bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırıb.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumun da Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı aparılan tədqiqatlara elmi dəstək verdiyini qeyd edib. Bu istiqamətdə İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik ins¬ti¬tut¬larının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Milli Terminoloji İn¬for¬ma-siya Sisteminin və terminologiya.az veb-portalının hazırlandığını xatırladıb.

R.Əliquliyev qeyd edib ki, dilin qorunması tək dilçinin deyil, həm də hüquq, informasiya texnologiyaları və digər sahədən olan mütəxəssislərin, alimlərin vəzifəsidir. Həmçinin bildirib ki, Azərbaycan dilinin təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşımızınmühüm vəzifəsi olmalıdır.

Dilimizə müdaxilələrin artdığı, çoxlu yad sözlərin daxil olduğu bir dövrdə milli terminoloji bazamız üçün müəyyən təhlükələrin yarandığını qeyd edən institut direktoru, bu kimi problemlərin qarşısının alınması, dilimizin mühafizə edilməsi məqsədilə intellektual proqramların hazırlanmasının zəruriliyini vurğulayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]