Jerar Pike meydana dönür
Bu xəbəri paylaş
FUTBOL
-------------------------------------------
Jerar Pike meydana dönür
ТBu gün UEFA Çempionlar Liqasında 1\8 final oyunlarına start veriləcək. Maraqlı Oyunlardan biri Kataloniyadakı məhşur "Kamp Nou"da yerli "Barselona" ilə Fransa təmsilçisi "PSJ" arasında baş tutacaq. Artıq "Barsa"nın hollandiyalı baş məşqçisi Ronald Kuman bəlli oyun üçün UEFA-ya sifariş ərizəsini verib. Ərizədə maraqlı və diqqətçəkən məqamlardan biri yarımmüdafiəçi Jerar Pikenin heyətdə yer almasıdır. Xatırladaq ki, Pike ötən ilin 21 noyabrında "Atletiko"ya qarşı oyunda dizindən aldığı ciddi zədədən sonra ilk dəfədir ki, oyun sifarişinə düşüb. Onunla yanaşı, Kumanın sifariş ərizəsində ter Steqen, Dest, Buskets, Qrizmann, Pyaniç, Breytueyt, Messi, Dembele, Puç, Neto, Lanqle, Pedri. Trinkao, Alba. Mateus, de Yonq. Xunior, Umtiti, Penya və Minqesa da yer alıb.
Xatırladaq ki, bu klublar son dəfə 4 il öncə qarşılaşmışdılar. Parisdə keçirilən ilk görüşdə "PSJ" 4:0 hesabla qalib gəlsə də, növbəti mərhələyə Kataloniyada 6:1 hesablı qələbə qazanmağı bacaran "Barselona" keçmişdi.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)




