"MYu" heyətini kimlərlə gücləndirmək istəyir? - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
FUTBOL
------------------------------------------
"MYu" heyətini kimlərlə gücləndirmək istəyir?
"Mançester Yunayted" klubu bu yay müdafiə xətini daha da gücləndirmək niyyətindədir. Möhkəm istehkam qurmaq istəyən "Qırmızı şeytanlar" artıq heyətə kimləri qatmaq istədiyini də müəyyənləşdirib. ESPN-nın yaydığı məlumata görə, mankunianlılar əsasən müdafiə xəttinin mərkəzini etibarlı etmək istəyir. Bu məqsədlə də, klubun baş məşqçisi Ole-Qunnar Sulşerin tərtib etdiyi siyahıda Rafael Varan ("Real" Madrid), Jyul Kunde ("Sevilya"), Tayron Minqz ("Aston Villa") və David Karmu ("Braqi") dördlüyü yer alıb. Bununla belə, "MYu" əvvəlki kimi Dayo Upamekanonu da ("Leypsiq") diqqətda saxlayır. Yeri gəlmişkən, bu oyunçuya Münhen "Bavariya"sı da müştəri gözü ilə baxır.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)


