Avtobus zolağına daxil olan sürücülər cərimələnəcəklər - XƏBƏRDARLIQ

“Avtobus zolağına daxil olan sürücülər cərimələnəcəklər” - XƏBƏRDARLIQ

 “Avtobus zolağına daxil olan sürücülər cərimələnəcəklər” -

XƏBƏRDARLIQ

 

Avtobuslar üçün yaradılan xüsusi zolaqlar ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulub.

 


Bu barədə danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDPİ)-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtobus zolaqlarında hərəkətin fasiləsiz olması üçün yol polisi kameralar vasitəsilə nəzarət tədbirləri həyata keçirir:

 

“Zolağa daxil olan və ya orada dayanan avtomobillər aşkar edildikdə dərhal ərazi üzrə xidmət aparan əməkdaşlar xəbərdar olunur. YPX əməkdaşları da həmin sürücüləri aşkar edərək barələrində tədbir görür və ya təbliğat xarakterli söhbətlər apardıqdan sonra maşının ərazidən götürülməsini təmin edirlər.
Yol polisi sürücülərdən bu cür qayda pozuntusuna yol verməməyi tələb edir. Eyni zamanda xahiş olunur ki, nəqliyyatın hərəkətinin fasiləsiz olması üçün qaydalara ciddi əməl etsinlər. Digər tərəfdən taksi sürücüləri və fərdi nəqliyyat vasitələrinin sahibləri avtomobili dayanacaq və ya onun yaxınlığında park edirlər ki, bununla avtobuslar dayanacağa rahat şəkildə daxil ola bilmir. Nəticədə yolun hərəkət hissəsində dayanmaqla digər nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olur, sərnişinlərin həyatını təhlükəyə atmaqla yolun hərəkət hissəsində sərnişin mindirib-düşürürlər”.

 

Şöbə rəisinin sözlərinə görə, bütün bunların qarşısını almaq üçün yol polisi artıq müəyyən addımlar atmağa başlayıb:
“Bu, təkcə sürücüləri cərimələmək və məsuliyyətə cəlb etmək deyil, maarifləndirmə işləri aparmaqla bu problemlərin həllinə nail olmaqdır. Lakin təəssüflər olsun ki, bəzi avtobus dayanacaqları və taksi duracaqlarının düzgün təşkil olunmaması problemlər yaradır. Belə ki, bütün avtobus duracaqlarında avtobuslar üçün xüsusi ciblər olduqda və taksilər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq yerlərin ayrılması mövcud problemin həllinə geniş imkanlar yarada bilər. Yəni, taksilər onlar üçün yaradılmış duracaqlardan istifadə etməlidir ki, əlavə problemlər yaranmasın.
Sürücülər arasında aparılan təbliğat işləri müəyyən müsbət nəticələr verir. Artıq bir neçə gündür keçirilən tədbirlər bunu deməyə əsas verir. Lakin təəssüflər olsun ki, sürücülər də öz arqumentlərini ortaya qoyaraq narazılıqlarını bildirirlər ki, taksilərin dayanması üçün müvafiq yerlər yetərincə deyil. Sürücülər parklanma yerlərinin az olduğunu əsas gətirirlər. Lakin bu o demək deyil ki, kim harda istədi maşın saxlaya bilər. Sürücülərdən xahiş edirik ki, qanunvericiylin tələblərinə müvafiq olaraq, avtobus zolağına daxil olmasınlar, əks halda cərimələnəcəklər”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]