Kimdir cavabdeh? Xalq və "Əməkdar" titullu şəxslərin müavinətləri 7-8 ildir ki unudularaq, bir dəfə də olsun artırılmayıb. - - Rəhman Orxan soruşur

Kimdir cavabdeh? “Xalq” və "Əməkdar" titullu şəxslərin müavinətləri 7-8 ildir ki unudularaq, bir dəfə də olsun artırılmayıb. - Rəhman Orxan soruşur

 Kimdir cavabdeh? “Xalq” və "Əməkdar" titullu şəxslərin müavinətləri 7-8 ildir ki unudularaq, bir dəfə də olsun artırılmayıb.

 

Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
cənab Sahil Babayevə


Hörmətli cənab nazir!

 


Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində son illərölkədə bütün sahələr üzrə aylıq məvaciblər və müavinətlər bir-neçə dəfə əhəmiyyətli dərəcədə artırılsa da, nədənsə “Xalq” “Əməkdar” titullu yaradıcı və sənət adamlarının - Xalq yazıçısının (şairinin), Xalq rəssamının, Əməkdar müəllimin, Əməkdar həkimin, Əməkdar mühəndisin, Əməkdar jurnalistin, Əməkdar inşaatçının və s. müavinətləri bircə dəfə də olsa artırılmamışdır. Nəyə görə bu adamlara ögey münasibət bəslənilir, diqqətdən kənarda qalırlar? Çox istərdik ki, bu unutqanlığa son qoyulsun, heç olmasa bu dəfə “Xalq” titullu şəxslərin müavinətinin (7-8 ildir ki dəyişməz olaraq 150 manatdır) ən azı 500 manat, “Əməkdar” titulu olanların müavinətinin isə (indi cəmi 100 manatdır) ən azı 300 manat səviyyəsində müəyyən edilməsi üçün (onlardan illərlə yan keçmiş artımlar nəzərə alınmaqla) Sizin tərəfinizdən məsələ qaldırılsın.
Axı, nəyə görə ilk növbədə xalqın qayğısına qalmalı olan deputatlar yalnız özlərini düşünərək, maaşlarını 3-4 min manata qaldırıblar, ancaq dövlətə, cəmiyyətə xidməti, əməyi onlardan heç də az olmayan Əməkdar həkim (müəllim, mühəndis, jurnalist, incəsənət xadimi, inşaatçı və s.) heç də çox olmayan təqaüdlərindən əlavə fəxri titullarına görə cəmi 100 manat müavinət almalıdırlar?
Doğrudanmı, fəxri titulları olan bu adamların xalq qarşısında xidmətləri hər cür səlahiyyətləri, əlavə imtiyazları da olan deputatların xidmətlərindən bu dərəcədə aşağı (25-30 dəfədən də az!) dəyərdədır? Və nəyə görə
"Xalq", "Əməkdar" titullu nüfuzlu şəxslər 7-8 ilin artımlarında tam unudulub?

 

Hörmətli cənab nazir!


Ümid edirik ki, Siz Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində müavinətlərin yenidən artırıldığı bu günlərdə (təəssüf ki, ticarət maqnatları, monopolist oliqarxlar 11,4 faiz olan sosial artımı gözləmədən, tələm-tələsik qiymətləri hər yerdə 15-20 faiz qaldırıblar) illərlə davam edən bu ədalətsizliyin aradan qaldırılmasına nail olacaqsınız.

 

Hörmətlə, Məmmədzadə Rəhman Abdurəhman oğlu.

 

e-mail: [email protected]

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]