MEZZO ELMİ PUBLİSİSTİK İNFORMASİYA JURNALININ 26-CI SAYI ÇAPDAN ÇIXIB

“MEZZO” ELMİ PUBLİSİSTİK İNFORMASİYA JURNALININ 26-CI SAYI ÇAPDAN ÇIXIB

 ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASININ

“MEZZO” ELMİ PUBLİSİSTİK İNFORMASİYA JURNALININ 26-CI SAYI ÇAPDAN ÇIXIB

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 26-cı sayı çapdan çıxıb. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiyanın professor-müəllim və əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, fəlsəfə elmləri doktoru, Əməkdar İncəsənət xadimi, professor Gülnaz Abdullazadə, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar İncəsənət xadimi, professor İmruz Əfəndiyeva, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Kəmalə Ələsgərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosent İnna Pazıçeva, Mehparə Rzayeva, BMA-nın baş müəllimi Günel Zeynallı, BMA-nın əməkdaşları Röya Hüseynova və Güllübəyim Məmmədovanın qələmindən çıxan və 2020-ci ilin son rübünü əhatə edən ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda geniş işıqlandırılmışdır.

Oxucular jurnalı vərəqləyərkən Qarabağ zəfərimizə həsr olunmuş məqalələr, tədbirlər haqqında məlumat alacaqlar. Həmçinin tanınmış mədəniyyət xadimlərindən Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, İmruz Əfəndiyeva, Nəzmiyyə Abbaszadə, Yeganə Axundova, Gülnaz İsmayılova, Gülzar Mahmudovanın və b. yubileylərinə həsr olunmuş məqalələrlə tanış olacaqlar. Jurnalın bu sayında müəllim, tələbə və məzunlarımızın 2020-ci ildəki uğurları, BMA-nın Beynəlxalq əlaqələri, yeni nəşrlər, xəbərlər, online keçirilmiş bir çox tədbirlər və başqa yazılardan xəbərdar olacaqlar.

Onu da qeyd edək ki, jurnalın üz səhifəsi Azərbaycanın şanlı qələbəsinə həsr olunub. Jurnalı elektron olaraq https://issuu.com/vugarhumbatov/docs/mezzo_n26 link vasitəsilə oxumaq mümkündür.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]