Güllübəyim Abı qızının Astana stars VI Beynəlxalq online festival-müsabiqədə uğurlu çıxışı

Güllübəyim Abı qızının “Astana stars” VI Beynəlxalq online festival-müsabiqədə uğurlu çıxışı

 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı Məmmədova Güllübəyim Abı qızı 10 yanvar 2021-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində təşkil olunan “Astana stars” VI Beynəlxalq online festival-müsabiqədə çıxış etmişdir. Bu festival çərçivəsində “Рождественские звезды” adlı müsabiqədə akademik vokal ifaçılığı üzrəQran-Pri mükafatına layiq görülmüş, eləcədə münsiflər heyyəti onun çıxışını yüksək dəyərləndirərək “Təşəkkürnamə” ilə təltif etmişlər.Eləcədə, Bakı Musiqi Akademiyasının konsertmeysteri Babayeva Vüsalə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Məmmədova Güllübəyim həmçinin3 fevral 2021-ci il tarixində İspaniyada təşkil olunan “Online Wave” müsabiqəsində akademik vokal ifaçılığı üzrə çıxış edərək 1yerə layiq görülmüşdür.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]