Nano Araşdırmalar Elmi-tədqiqat Mərkəzində elmi seminar keçirilib -

Nano Araşdırmalar Elmi-tədqiqat Mərkəzində elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar Elmi-tədqiqat Mərkəzində “SİLAR üsulu ilə əldə edilmilmiş CdxZn1-xS/PVS nanokompozitlərinin yetişmə və formalaşmasında temperaturun rolu” mövzusunda onlayn elmi seminar keçirilib. Seminarda mərkəzin əməkdaşları, Fizika fakültəsinin gənc tədqiqatçıları və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak edib.
 

Mərkəzin kiçik elmi işçisi Lalə Qəhrəmanlı mövzu ilə bağlı təqdimatla çıxış edib.


Məruzədə CdxZn1-xS/PVS üçlü nanokompozitlərinin sintez texnologiyası və onların xassələrinə temperaturun təsirindən bəhs edilib. Burada müxtəlif sintez temperaturlarında əldə olunan nümunələrin Rentgen diffraktoqramları, qadağan olunmuş zonasının eni, morfoloji ve element analizlərinin  nəticələri təqdim edilib. Sonda aparılan tədqiqat zamanı alınan nəticələr müzakirə olunub.
 

Elmi seminar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]