Futzal üzrə yığmamız bir araya gəlib - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Futzal üzrə yığmamız bir araya gəlib - İNTİQAM təqdim edir (AZpress.AZ)

  FUTZAL
-------------------------------------------------------------
Futzal üzrə yığmamız bir araya gəlib


Baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan futzal üzrə yığma komandamız Avro-2022-nin seçmə qrup oyunlarına hazırlıq məqsədi ilə bir araya gəlib. Bu arada AFFA İK-nın üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov futzalçıların məşqini izləyib və onlarla söhbət edib. Görüşdə baş məşqçi də öz növbəsində futzalçıların hazırlıq səviyyəsindən danışıb.
Xatırladaq ki, yığmamızı qarşıda iki seçmə oyun gözləyir. Yanvarın 29-da paytaxt Bakıda Slovakiya millisini qəbul etməyə hazırlaşan millimiz fevralın 2-də isə Qədim Ellada torpağında (Afinada) Yunanıstanın qonağı olacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]