Karateçilərin Avropa çempionatının vaxtı və məkanı dəqiqləşib - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Karateçilərin Avropa çempionatının vaxtı və məkanı dəqiqləşib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 KARATE
------------------------------------------------------------------
Karateçilərin Avropa çempionatının vaxtı və məkanı dəqiqləşib


Avropa Karate Federasiyası (AKF) karatenin WKF versiyası üzrə keçirilməsi nəzərdə tutulan Avropa çempionatının vaxtını və məkanının dəqiqləşdirib. Məlum olub ki, qitə çempionatı 19-23 mart aralığında Xorvatiyanın Porets şəhərində keçiriləcək. Qitənən Ali Karate qurumunun rəhbərliyi bu şəhərdə ezmiyyətdə olaraq, məkanla ətraflı tanış olub. AKF hətta qurumun nəvbəti Konqresinin də bu şəhərdə keçirməyi qərara qalıb. AKF çempionatın Təşkilat Komitəsi ilə birlikdə məkandakə epidemioloji vəziyyəti də müzakirə edib.

Xatırladaq ki, AKF sözügedən yarışı Qeteborqda (İsveç) keçirməyi planlaşdırmışdı. Lakin son vaxtlar burada pandemiya daha sürətlə yayıldığı üçün məkan dəyişib. Bir məqamı da qeyd edək ki, bu çempionat yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]