Heydər Əliyev Sarayı yeni Bizi də tanıyın layihəsinə start verdi - (VİDEO-FOTO)

Heydər Əliyev Sarayı yeni “Bizi də tanıyın” layihəsinə start verdi (VİDEO-FOTO)

Heydər Əliyev Sarayı Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim etdilər.
 

İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun bu layihəni həyata keçirməsində əsas məqsədi, gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərimizin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim etməkdir.  
 

Layihədə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri iştirak ediblər. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim ediblər. Pandemiyadan sonrakı dönəmdə layihəyə Respublika regional musiqi məktəblərinin sagirdlərinində cəlb olunması nəzərdə tutulur. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə təbliğ olunacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]