Mərkəzi Gömrük Hospitalı Vətən müharibəsindən qayıtmış əməkdaşlarını sevinclə qarşıladı - - FOTO

Mərkəzi Gömrük Hospitalı Vətən müharibəsindən qayıtmış əməkdaşlarını sevinclə qarşıladı - FOTO

Azərbaycan İkinci Qarabağ müharibəsini böyük zəfərlə başa çatdırdı. Bəli, cəmi 44 gün davam edən bu müharibədə Azərbaycan özünün Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə çaldı. Ermənistan ordusu və silahlı birləşmələri Azərbaycanın rəşadətli Silahlı Qüvvələri qarşısında diz çökdü, məğlub oldu, baş əydi.


Dövlət Gömrük Komitəsinin, eləcə də Mərkəzi Gömrük Hospitalının əməkdaşları da bu Vətən savaşında iştirak ediblər, möhtəşəm qələbənin çalınmasında onların da payı var. Bu gün Mərkəzi Gömrük Hospitalının kollektivi Vətən müharibəsindən qayıdan iki əməkdaşını: Nicat Həsənovu və Kamran Mirzəyevi çox böyük sevinclə qarşılayıb.


Hər ikisi İkinci Qarabağ müharibəsi başlayan zaman cəbhəyə yollanıb. Nicat Suqovuşan və Ağdərə, Kamran isə Cəbrayıl və Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçusu Mirzəyev Kamran Valeh oğlu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.


Yanvarın 25-də baş tutan görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi  Ceyhun Məmmədov deyib: “Əziz əsgərlərimiz Nicat və Kamran! Siz bizim fəxrimizsiniz! İşğal altında qalmış torpaqlarımızın azad edilməsində qəhrəmancasına iştirak etmişsiniz! Böyük qələbəmiz münasibətilə hər ikinizi təbrik edir, fəaliyyətinizdə  uğurlar diləyirəm. Eşq olsun Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və şanlı Azərbaycan ordusuna!”
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]