Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya -

Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya

Polşanın İqtisadiyyat və İnsan elmləri universitetinin (The University of Economics and Human sciences) magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib.


Soydaşımız üniversitetdə təhsil alan Ukrayna, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belorusiya, Qazaxıstan, Serbiya, Rusiya və s. dövlətlərdən 200-ə yaxın tələbədən ibarət “Beynəlxalq dostlar qrupu” adlı votsap (Whatsap) qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları bölüşür.


Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və s. məsələlərlə bağlı paylaşımlar edən soydaşımız 20 Yanvar faciəsi ilə bağlı da qrup üzvlərini məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]