NADİR YAQUB OĞLU AĞAYEVin (23.09.1935-25.01.1985) xatirə günüdür. -

NADİR YAQUB OĞLU AĞAYEVin (23.09.1935-25.01.1985) xatirə günüdür.

 Bu gün SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim, Masallı Yunan-Roma güləş məktəbinin yaradıcısı NADİR YAQUB OĞLU AĞAYEVin (23.09.1935-25.01.1985) xatirə günüdür.


ÖLÜM ONU BİZDƏN AYIRA BİLMƏZ


Ölüm fədailərçün bir yüksəlişdir,
Sənəti yaşadan heç zaman ölməz.
Nadir ürəklərə elə girmişdir,
Ölüm onu bizdən ayıra bilməz.


Şanlı ömür yolu, şərəfli adı
Nəsildən-nəsilə yaşayacaqdır.
Yeni davamçıları, neçə övladı
Adını vüqarla daşıyacaqdır.


Səfərbər edərək yenə bizləri
Nəcib əməllərlə qarşılayacaq.
Mehriban baxışlı qara gözləri,
Xeyirxah hissləri aşılayacaq.


Hələ bundan sonra bizi nə qədər,
Yeni zəfərlərə ruhlandıracaq?
Neçə gənc pəhləvan, neçə cəngavər
Fəxri kürsülərdə, öndə duracaq.


Şəxsi məqsəd üçün qapı döymədi,
Nə ada göz dikdi, nə də şöhrətə.
Haqsızın önündə haqqı əymədi,
Onunçun düşmədi qəmə, minnətə.


Abidə qoymağa lüzum yox, qəti
Bizimçün dağlardan ucadır Nadir,
Artıq neçə ildir, məğrur surəti
Millətin qəlbində heykəlləşibdir!


Akif AĞAYEV,
“Pəhləvanın salnaməsi” kitabından.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]