Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestri birgə konsert proqramları hazırlayacaqlar -

Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestri birgə konsert proqramları hazırlayacaqlar

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Bilkent Simfonik Orkestirinin müdiri Aydın Mecid və musiqi direktoru Nüsrət İspir arasında videokonfrans formatında görüş keçirilib.


Videokonfrans iştirakçılarını salamlayan Ramil Qasımov artıq bir neçə mötəbər konsert zallarının və musiqi kollektivlərinin rəhbərləri ilə ənənəvi hal alan görüşlərin böyük əhəmiyyətini vurğuladı. Görüşdə vurğulandı ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dil, din, mədəniyyət, adət və ənənələrin ortaq olması Azərbaycan və Türkiyəni həmişə bir-birinə doğma edib və hər iki ölkə bir-birilərinə daim maddi və mənəvi dəstək, kömək olmaqla qardaşlıqlarının əbədi olduğunu sübut etmişlər.
 

Ramil Qasımov əminliklə bildirdi ki, pandemiya bitdikdən sonra Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestrinin birgə həyata keçirəcəyi layihələr sayəsində mədəni münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq.
 

Sonda videokonfransa yekun vuran Ramil Qasımov mədəniyyət xadimlərinə təşəkkürünü bildirib və gələcəkdə yeni layihələrlə bağlı görüşlərin keçirilməsinin münasibətlərimizə yeni mühüm töhfələr bəxş edəcəyini bildirib.


Qeyd edək ki, Türkiyə və 12 ölkənin seçmə sənətçilərindən ibarət Bilkent Simfonik Orkestrı, bu xüsusiyyətlərinə görə Türkiyənin ilk özəl, akademik, beynəlxalq sənət cəmiyyəti hesab olunur. Bilkent Simfonik Orkestri qurulduğu 1993-ci ildən bu günə kimi, dünyanın məşhur dirijor və solistlərini ilə birgə konsertlər veriblər, bir çox beynəlxalq səviyyəli festivallarda iştirak ediblər və müxtəlif qurumlar, təşkilatlar və xüsusən qeyri-hökumət təşkilatları ilə olan geniş əməkdaşlığına görə "Ümumdünya Qardaşlıq və Dünyada Sülhə Töhfə" mükafatının sahibidirlər. UNICEF tərəfindən 2009-cu ildə “Türkiyə yaxşı niyyət elçisi” elan ediliblər. Həmçinin, Bilkent Simfonik Orkestri 2006-ci ildə Azərbaycanda Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etmişdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]