Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirilmişdir -

Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirilmişdir

Yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.


Baş prokuror Kamran Əliyev Kollegiya iclasında giriş nitqi ilə çıxış edib.


-    Baş prokuror Kamran Əliyev: Ölkə Başçısının rəhbərliyi ilə görülən işlər xalqımız tərəfindən daim dəstəklənmişdir.


-    Baş prokuror Kamran Əliyev: “Qarabağ Dirçəliş Fondu”nun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilmişdir.



Xəbər verildiyi kimi, yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.


Baş Prokurorluğun Kollegiya üzvləri əvvəlcə binanın birinci mərtəbəsində Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar. İclas başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, qazilərimizə şəfa dilənmişdir.


Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev  diqqətə çatdırmışdır ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər səlnaməsinin memarı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.


Qeyd edilmişdir ki, dövlət başçısının aparıcı ölkələrin televiziya kanallarına verdiyi müsahibələri Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası və beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyasi aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb etməklə informasiya cəbhəsində də qələbəmizi şərtləndirmişdir.


Döyüş meydanında qazanılmış qələbənin diplomatik müstəvidə davam etdirilməsi ilə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Zəfərin təntənəsi olaraq ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulması, həmin bölgələrdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilmişdir.


 Xüsusi vurğulanmışdır ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin ailələri, müharibə əlilləri və onların ailə üzvləri ali dövlət qayğısı ilə əhatə olunmaqla maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə  “YAŞAT” fondunun yaradılması müstəsna əhəmiyyətə malik olmuşdur.


2020-ci ildə yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə və iqtisadi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlətçilik siyasəti və səriştəli idarəetmə qabiliyyəti nəticəsində ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılmış, iqtisadi təhlükəsizliyin və əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılmış, regionda sabitliyə və dünyanın enerji təhlükəsizliyinə tövhə verəcək “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Avropa ölkələrinə tədarükü ölkəmizin geostrateji mövqeyini daha da gücləndirmişdir.


Həyata keçirilən islahatların mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirildiyi, o cümlədən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsinin əldə edilmiş uğurların bariz göstəricisi olması qeyd edilmişdir.


Bildirilmişdir ki, çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşdığı bir zamanda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə pandemiyanın fəsadları minimuma endirilməklə sosial cəhətdən həssas əhaliyə davamlı dəstək və iqtisadi dayanıqlılığ təmin edilmiş, həmçinin mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulması, virusun geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri tədbirlər görülmüşdür.


Ölkə Başçısının rəhbərliyi ilə görülən işlər, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyəti xalqımız tərəfindən daim dəstəklənmişdir.


Uğurla yola saldığımız ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirinin-fevral ayında azad, ədalətli və şəffaf parlament seçkilərinin keçirilməsini  diqqətə çatdıran Baş prokuror xalqımızın özünü təsdiq etmiş iqtisadi və sosial kursun davam etməsinə ümummilli etimad və dəstəyini ifadə etdiyini qeyd etmişdir.


Xüsusi vurğulanmışdır ki, ölkəmizin həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, Prezident İlham Əliyevə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsi olaraq Qoşulmama Hərəkatının sədri statusunda təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın “Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələrin sammitinə dəvət olunması aparılan siyasi kursun alternativsizliyini bir daha nümayiş etdirmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]