MEK Nizami Gəncəvi -880 adlı iki hissəli videoslayd hazırlayıb -

MEK “Nizami Gəncəvi -880” adlı iki hissəli videoslayd hazırlayıb

 MEK “Nizami Gəncəvi -880” adlı iki hissəli videoslayd hazırlayıb

 

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən qüdrətli söz və fikir ustadı, dahi şair Nizami Gəncəvinin parlaq irsini özündə əks etdirən nəşrlərdən ibarət iki hissəli “Nizami Gəncəvi-880” adlı videoslayd hazırlanıb. Videoslayda MEK-in zəngin fondlarında qorunan Azərbaycan və xarici dillərdə ümumilikdə yüzə yaxın nəşrlərdən seçmələr daxil edilib.
Nizami Gəncəvinin "Xəmsə"sindən "Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri, görkəmli şərqşünas, nizamişünas alimlərinin dəyərli araşdırmaları, tərcümələri haqqında məlumatlar yerləşdirilib.
Həmin videoslaydların I və II hissəsini oxucular MEK-in sosial şəbəkələrindən izləyə bilərlər.
Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]