"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib -

"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib

Fransada fəaliyyət göstərən "Alim" Elmi Assosiasiyası və Fransa–Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib.

"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bagli xatirələr" mövzusunda təşkil edilmiş vebinarda azərbaycanlı icmasının və fransız ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqhati 20 Yanvar hadisələri zamanı Bakıya getdiyini və Azərbaycan paytaxtında gördüklərini fotokamerasının lentinə köçürdüyünü bildirib. Bir neçə gün sonra Fransaya qayıdan soydaşımız həmin şəkilləri xarici KİV-lər vasitəsilə yayaraq Bakıda baş verən dəhşətləri dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Fotoqraf təqdim etdiyi hər bir şəklin, eləcə də I və II Qarabağ savaşında çəkdiyi fotoların hekayəsini danışıb.

Tədbir Facebook üzərindən canlı yayımlanıb və minlərlə istifadəçi tərəfindən izlənilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]