Ermənilər Cəbrayıldakı məscidlərimizi dağıdıblar - - FOTO

Ermənilər Cəbrayıldakı məscidlərimizi dağıdıblar - FOTO

Uzun müddət işğal altında olan digər bölgələrimiz kimi, Cəbrayıl rayonunda da ermənilər bütün infrastrukturu yerlə yeksan ediblər. Abad şəhərin yalnız qalıqları qalıb, şəhərdən əsər-əlamət yoxdur. Onlar bununla kifayətlənməyərək Cəbrayıldakı məzarlıqları da dağıdıblar. Diriləri vəhşicəsinə qətlə yetirən zəhərli ideologiya və xəstə təxəyyül sahibləri ölüləri də qəbirlərində rahat uyumağa qoymayıblar. Qəbirləri  eşərək əcdadlarımızın sümüklərini çıxarıb təhqir ediblər. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sanki bu yerlərdən vəhşi qəbilə keçib.


Ermənilərin vəhşiliyi və amansızlığı bununla bitməyib. Onlar Cəbrayıl rayonunun məscidlərini də dağıdıblar. Cəbrayıl rayonunun mərkəzində isə kilsə tikiblər. Əslində bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evi sayılır. Ermənilər üçün isə müqəddəs heçnə yoxdur. Bir tərəfdən müsəlman məscidlərini dağıdır, digər tərəfdən Allaha ibadət üçün kilsə tikirlər. Əslində isə hər ikisi Allahın evidir, Allaha dua və ibadət etmək üçün inşa olunur.


 Rəsmi məlumatlara əsasən işğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid var idi. Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. Əldə etdiyimiz şəkillərə əsasən həmin məscidlərdən Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Ermənilər bu məscidləri də yerlə yeksan ediblər. Böyük ehtimal digər kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar da dağıdılıb və ya tamamilə baxımsız vəziyyətdədir. Bu bir daha bu xalqın hansı mənəviyyat, əxlaq və tərbiyə sahibi olduğunu göstərir.


Ermənilərdən fərqli olaraq Azərbaycan xalqı Bakının mərkəzindəki erməni kilsəsini və içərisindəki erməni dilində olan 5 minə yaxın ədəbiyyatı qoruyub saxlayır. İki xalq arasındakı böyük fərq budur. Bu eyni zamanda, Azərbaycan xalqının böyüklüyündən, yüksək mədəniyyətindən digər din və mədəniyyətlərə dözümlü münasibətindən xəbər verir. Çünki Azərbaycan xalqı zəngin tarixə və multikultural dəyərlərə malik xalqdır, gözü toxdur, heç kimə qarşı torpaq iddiası yoxdur.


Cənab Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan ermənilərin dağıtdıqları bütün mədəniyyət abidələrini, ibadət ocaqlarını, məscidləri yenidən bərpa edəcək, onların tarixi əzəmətini qaytaracaq. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu layihələndirmə işlərinə başlayıb. Tezliklə konkret layihələrin icrasına başlanılacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]