Azərbaycan BMÜTT-ün İcraiyyə Şurasının 113-cü sessiyasında təmsil olunub - - FOTO

Azərbaycan BMÜTT-ün İcraiyyə Şurasının 113-cü sessiyasında təmsil olunub - FOTO

18-19 yanvarda İspaniya Krallığının Madrid şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 113-cü sessiyası keçirilib.


35-dən çox ölkədən 150-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


İki gün davam edən sessiya çərçivəsində pandemiya ilə əlaqədar yaradılmış Qlobal Turizm Böhranı Komitəsinin görüşünün keçirilməsi, postpandemiya dövründə turizmin bərpası, ölkələrarası təhlükəsiz və maneəsiz səyahət üçün ümumi addımların atılması kimi məsələlər müzakirə edilib.


Sessiya zamanı İspaniya Kralı VI Filip iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.


Həmçinin tədbir iştirakçılarının İspaniyanın Baş naziri Pedro Sançeslə də görüşü keçirilib.


Sessiya çərçivəsində 2022-2025-ci illər üçün BMÜTT-ün baş katibi vəzifəsinə yenidən təşkilatın hazırkı baş katibi Zurab Pololikaşvili seçilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]