ADPU-nun ictimai təşkilatları 20 Yanvar Şəhidlərinin xatirəsini yad edib -

ADPU-nun ictimai təşkilatları 20 Yanvar Şəhidlərinin xatirəsini yad edib

Yanvarın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşəbbüsü ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş onlayn müzakirə keçirilib.

Microsoft Teams platformasında reallaşdırılan görüşdə şöbənin müdiri Turan Kərimli, şöbənin baş mütәxәssisi Cavid Hüseynov, ADPU-nun Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrinin I müavini Səkinəxanım Mirzəzadə, ADPU YAP Gənclər Birliyinin sədri Tərlan Ağayev, ADPU Təhsil Könüllüləri İctimai Birliyinin sədri Taleh Mirzəyev, təşkilatların rəhbər heyətləri, habelə ADPU SMM komandasının üzvləri iştirak edib.


Görüşdə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca 20 Yanvar hadisələri ilə bağlı ADPU-nun ictimai təşkilatlarının gördüyü işlər təqdim olunub, bu hadisələrin qan yaddaşı olmaqla yanaşı həm də xalqımız və millətimizin şanlı azadlıq tarixi olduğu vurğulanıb.


2021-ci il ərzində Zəfər tariximizin və şəhidlərimizin təbliği istiqamətində görüləcək işlərin istiqamətləri müzakirə olunub, təkliflər dinlənilib. Qeyd olunub ki, bu yaxınlara qədər sayı 9 nəfər olan ADPU-nun Vətən müharibəsindəki Şəhidlərinin sayı son dəqiqləşdirmələrə görə 11 nəfərdir. Bu istiqamətdə Şəhid və qazilər haqda  "ADPU Qəhrəmanları" kitabının tərtibi, o cümlədən digər silsilə tədbirlərin icrası və bu işlərdə tələbələrin ictimai töhfəsinin önəmindən söz açılıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]