Azərikard və İdrak arasında əməkdaşlıq sazişi imzalanıb -

“Azərikard” və “İdrak” arasında əməkdaşlıq sazişi imzalanıb

Əməkdaşlığın əsasını rəqəmsal-texnoloji həllər üzrə alyansın yaradılması təşkil edir.


Şəxs tanıma və ödəniş prosesinin avtomatlaşması və sürətlənməsi üzrə vahid həllər hazırlayıb, dövlət və özəl təşkilatlarda tətbiq edilməsi isə sazişin prioritet vəzifələrindəndir.
 

Bunlarla yanaşı, yanacaqdoldurma məntəqələri, dayanacaqlar, fərdi həyətlər, ödənişli yollar, dövlət-vətəndaş münasibətlərinin idarə edilməsi barədə həllərin hazırlanması da nəzərdə tutulur.  
 

“İnanırıq ki, “Azərikard” və “İdrak”​ arasında əməkdaşlıq təkmilləşən rəqəmli texnologiyanın tətbiqi ilə istifadəçilərin ehtiyaclarına və istəklərinə hər an cavab verə biləcək texnoloji infrastruktura töhfə verəcək, ölkədə korporativ və fərdi şəxslərin ehtiyaclarının həllinin inkişafına dəstək olacaq və ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”, - deyə “Azərikard” MMC-nin baş direktoru Fərid Quliyev bildirib.  
 

“Ümidvaram ki, hər iki şirkətin kompetensiyalarının icra edəcəyimiz birgə layihələrdə birləşməsi yeni və innovativ həllərin yaranmasına və cəmiyyətimizə yararlı sosial innovasiyaların üzə çıxmasına gətirib çıxaracaqdır”, - deyə “İdrak”​ şirkətinin prezidenti Hikmət Abdullayev bildirib.
 

Sazişə qoşulmaq istəyən təşkilatlar öz niyyətlərini [email protected] ünvanına müraciət etməklə bildirə bilərlər.
 

“İdrak Texnoloji Transfer” şirkətinin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir. “Azərikard” şirkətinin əsas fəaliyyəti kart texnologiyaları və ödəniş sistemləri sahəsində əməliyyatların işlənməsi və bu sahələrdə ən son yeniliklərin tətbiq edilməsidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]