Ağcabədidə 20 Yanvar faciəsinin 31- ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub - AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=32 +ViDEO)

Ağcabədidə 20 Yanvar faciəsinin 31- ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=32 +ViDEO)

 Ağcabədidə 20 Yanvar faciəsinin 31- ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub

 

Qanlı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Ağcabədi rayonunun Şəhidlər xiyabanı ziyarət olunub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, ümumxalq hüzn günündə edilən ziyarətdə rayonun icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri, rayondakı N saylı hərbi nissənin əsgərləri iştirak ediblər.
Əvvəlcə qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə əklil və gül dəstələri qoyulub, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən, qətlə yetirilən günahsız oğul və qızlarımızın əziz xatirəsi böyük ehtiramla yad olunub.
Şəhidlər xiyabanına gələnlər Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin məzarlarını da ziyarət ediblər.
Mais Amin AZpress.AZ Ağcabədi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]