Rəqəmsal ödənişlər və elektron bankçılıq adlı ilk dərslik və onun tədris proqramı işıq üzü gördü -

“Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı ilk dərslik və onun tədris proqramı işıq üzü gördü

Ölkədə ilk dəfə olaraq rəqəmsal ödənişlər sahəsində uzun illər ərzində toplanmış təcrübəni özündə əks etdirən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun tədris proqramı dərc olunub.
 

Dərslik, Bank of Baku-nun “Ödəniş sistemləri departamenti”nin direktor müavini Tamerlan Rüstəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Xəyaləddin Tağıyevin birgə əməyi sayəsində hazırlanıb.  
 

Müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf edən rəqəmsal ödənişlərlə bağlı həm nəzəri, həm praktiki bilik və təcrübələri özündə əks etdirən bu dərslikdə “hörümçək toru” prinsipi və onun şərhi, habelə ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətlərinin xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətlərinə dair geniş məlumatlar yer alıb. Həmçinin, real təcrübəyə əsaslanan bu dərslikdə elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər sahəsində innovativ həllər və tgexnologiyalar, habelə fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri də qeyd edilmişdir.
 

Ölkəmizdə  bu sahədə ilk dəfə nəşr olunan dərslik cəmiyyətimizdə rəqəmsal ödənişlər və elekt-ron bankçılıq xidmətləri üzrə maliyyə savadlılığının yüksəldilməsi, ödəniş ekosistemində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi baxımından mühüm rol oynayacaqdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]