COVİD-19 virusu əleyhinə vaksinasiya prosesinə start verilib. - İilkin Həmidov (AZpress.AZ-FOTO: 14)
Bu xəbəri paylaş
COVİD-19 virusu əleyhinə vaksinasiya prosesinə start verilib.
18.01.2021-ci il tarixində Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsdə Azərbaycan Respublikasında COVİD-19 virusu əleyhinə vaksinasiya prosesinə start verilib.
Səhiyyə naziri Oqtay Şirəliyev və nazir müavinləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olunublar.
Məlumat üçün qeyd edək ki, ilkin olaraq könüllülük prinsipi əsasında risk qrupuna daxil olan səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə virusa qarşı vaksinlərin vurulması həyata keçiriləcək.
Ölkəmizdə tətbiq ediləcək “Sinovac” vaksininin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanması onu daha etibarlı edir.Bununla yanaşı vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib və heç bir mənfi əks təsirlərə rast gəlinməyib.
Qeyd edək ki, COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Strategiyasının təsdiq edilməsi haqqında qanuna əsasən ölkə üzrə peyvəndlənmə prosesinin 2021-2022-ci illərdə tam əhatə edilməsi planlaşdırılır.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)












