Canlı Organik Virtual İnkişaf Dalğası(COVİD) layihəsinə start verilib -

Canlı Organik Virtual İnkişaf Dalğası(COVİD) layihəsinə start verilib

 Canlı Organik Virtual İnkişaf Dalğası(COVİD) layihəsinə start verilib

 

Hər kəsə məlum olduğu kimi, karantin müddəti və karantin sonrası dövrdə insanların psixoloji sağlamlığının qorunması ən vacib amilərdən biridir. Bu amili nəzərə alaraq, pandemiya dövründə gənclərin psixoloji sağlamlığına, düşüncəsinə, şəxsi inkişafına dəstək göstərmək, həmçinin Azərbaycan dilində psixoloji podkast platformasının yaradılması və inkişaf etdirilməsi məqsədilə ASAN Könüllülük Məktəbinin təşəbbüs və təşkilatçılığı, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı və ASAN Radionun media dəstəyi ilə Canlı Organik Virtual İnkişaf Dalğası(COVİD) layihəsinə start verilmişdir.

Layihə çərçivəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə peşəkar psixoloqlar tərəfindən gənclərin həyat tərzinin dəyişməsinin adaptasiya dövrünə dəstək göstərəcək və şəxsi inkişafın artırılmasına sövq edəcək podkastlar hazırlanaraq, sosial podkast platformalarında yerləşdiriləcək.

Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində müxtəlif mövzularda peşəkar psixoloqlar tərəfindən virtual interaktiv görüşlərin keçirilməsi nəzərdə tutulub.

Hazırlanmış podkastları MP3 formatda yükləmək və mobil vasitənizlə dinləmək üçün aşağıda qeyd olunan linkdən və proqramlardan istifadə edə bilərsiniz:

 

https://anchor.fm/asan-schoo

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]