116 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 282 tikili yoxlanılmışdır - - FOTO

116 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 282 tikili yoxlanılmışdır - FOTO

2021-ci il 15-17 Yanvar tarixlərində Agentliyə Ağdam, Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olmuşdur.

Daxil olmuş 16 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 270 ədəd partlamamış hərbi sursat (PHS), 77 ədəd piyada əleyhinə mina, 12 ədəd tank əleyhinə mina, 1 ədəd təlim məqsədli minaatan mərmisi və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 855 411 kv.m (986 ha) ərazi, 116 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 282 tikili yoxlanılmışdır.

Agentliyin partlayış qrupu tərəfindən, 807 ədəd mina və 20 ədəd tank əleyhinə mina partladıcısı zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]