Sərbəst güləşçilərimiz Fransa Qran-Prisini 5 medalla 3-cü pillədə başa vurublar - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
GÜLƏŞ
------------------------------------------------------------------
Sərbəst güləşçilərimiz Fransa Qran-Prisini 5 medalla 3-cü pillədə başa vurublar
Yanvarın 16-da Nitsada (Fransa) startı verilən və Anri Deqlanın xatirəsinə həsr olunan ənənəvi Qran-Prində sərbəst güləş üzrə yarışlara yekun vurulub. Sayca 47-ci dəfə keçirilən turnirə Olimpiya çempionu Namiq Abdullayevin rəhbərliyi altında 10 güləşçi ilə qatılan sərbəst güləz üzrə yığmamız turniri 5 medal və 135 xalla ücüncü pillədə başa vurub. Yığmamız komanda hesabında yalnız Gürcüstan (200 xal) və ABŞ-dan (180 xal) geri qalıb. Medalların əyarına (0-2-3) görə isə yığmamız 5-ci olub. Aktivində 1 dədnd də olsun qızıl medalı olmayan yığmamız bu siyahıda isə Gürcüstan (4-2-3), ABŞ (4-1-3), Polşa (1-2-2) və Rusiyadan (1-0-0) geri qalıb. Yığmamızın qazandığı medallara gəlincə, yalnız həlledici finalda büdrəyən İslam Bazarqanovla (57 kq) Osman Nurmaqomedov (92 kq) ikinci yeri tutmaqla gümüş, Turan Bayramov (65 kq), Hacımurad Hacıyev (74 kq) və Abubəkr Abakarov (86 kq) isə çıxışını 3-cü yerdə başa vurmaqla bürünc medala layiq görülüb.
Yeri gəlmişkən 3 günlük yarışın son günündə klassiklər meydana çıxacaqlar. Bu yarışda isə ölkəmiz 9 güləşçi ilə təmsil olunacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)