4 ədəd 9M528 raketinin paraşut hissəsi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır - FOTO
Bu xəbəri paylaş
2021-ci il 04-13 Yanvar tarixlərində Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir.
Birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 ədəd raket, 16 ədəd minaatan mərmisi, 15 ədəd əl qumbarası, 1 ədəd zenit top mərmisi, 48 ədəd partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ədəd ov tüfəngi,10 ədəd avtomat darağı, 7 584 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd süngü, 4 ədəd piyada əleyhinə mina (OZM-160), 400 qr partlayıcı (TNT), 1 ədəd boru şəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşut hissəsi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Aşkar olunmuş hərbi təyinatlı əşyaların 200 000 kv.m (20 ha) əraziyə yoxlanılmışdır.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)


