Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərli - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərli (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərli

İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olmuşdur.

1997-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Türkiyədə kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini öyrənmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak edib. Onun qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olmuşdur. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və bir gün intiqamını alacağına söz vermişdi. Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucaldı.

Şəhid İntiqam Bayram oğlu Əsgərlinin nəşi doğma kəndində torpağa tapşırıldı. Ailəli idi. Nur adlı bir övladı Vətənə yadigar qaldı. Həyat yoldaşı bir neçə aydan sonra dünyaya gətirəcək ikinci övladına atasının — Azərbaycanın Vətən müharibəsi Qəhrəmanının şərəfinə İntiqam adını verəcək.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Viləş kəndindən olan Vətən müharibəsinin şəhidi gizir İntiqam Əsgərli ölümündən sonra «Vətən uğrunda» medalına və Azərbaycan Respublikasının Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü.

Viləş kəndinin mərkəzi küçəsi İntiqamın qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]