Müşahidə olunan distant dərslər müzakirə edilib - - FOTO

Müşahidə olunan distant dərslər müzakirə edilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Virtual məktəbdə bir gün layihəsi" çərçivəsində müşahidə olunan distant dərslərin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, distant dərslər müşahidə edilmiş ümumi təhsil müəssisələrinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və dərsi dinlənilən müəllimlər iştirak edib.

Görüşün keçirilməsinin əsas məqsədi “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müzakirələrin aparılması və müvafiq təkliflərin verilməsindən ibarətdir.

Görüşdə çıxış edən məktəb direktorları və müəllimlər dərslərin məzmunu, məsafədən öyrətmə və öyrənmənin metodikası, texniki fənlər üzrə distant dərslərə ayrılan dərs saatının müddətinin artırılması, virtual məkanda təcrübə müdadiləsi ilə bağlı şəraitin yaradılması, müəllim və şagirdlərin rəqəmsal fəaliyyəti, davamiyyətdəki müsbət dinamika, məktəbdaxili onlayn təlimlərin keçirilməsi və digər məsələlərlə bağlı fikirlərini bildirib, təklif və tövsiyələrini səsləndiriblər.

BŞTİ müdiri Mehriban Vəliyeva pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə görülən işlərə toxunub və təhsil müəssisələrində tədrisin məsafədən təşkil edilməsi, bu məqsədlə istifadə edilən onlayn platformaların üstünlüyünü vurğulayıb. İdarə müdiri “Virtual məktəb” platformasında keyfiyyətli tədris prosesinin təşkili məsələlərindən danışıb və layihə çərçivəsində keçirilən dərs müşahidələrinin nəticələri barədə fikirlərini bildirib.

M.Vəliyeva “Virtual məktəbdə bir gün” layihəsinin əsas məqsədinin mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlərin aparılması, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətinin müşahidə edilməsi və dəyərləndirilməsi, müəllim və şagirdlərin daha da ruhlandırılmasından ibarət olduğunu bildirib.

Tədris prosesinin təşkili və ona nəzarətin direktorların əsas vəzifələrindən biri olduğunu nəzərə çatdıran İdarə müdiri elektron platformada tədris prosesinin daha da təkmilləşdirilməsi üçün ilk addımın müəllimlərin metodiki alətlərdən istifadə bacarıqlarının artırılması və şagirdlərin müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsindən ibarət olduğunu bildirib. Növbəti addımın “Ən yaxşı elektron dərs müsabiqəsi”nə yönələcəyini deyən M.Vəliyeva müəllimlərin internet resurslarından istifadə etmək bacarıqlarının inkişafı üçün təlimlərə cəlb olunmasının vacibliyinə də toxunub. M.Vəliyeva distant dərslərin müşahidə edilməsi təşəbbüsünə artıq digər bölgələrdə də qoşulanların olmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonda qeyd olunub ki, Vətən Müharibəsində qazanılmış parlaq zəfərdən sonra Azərbaycan bütün sahələrdə yeni mərhələyə qədəm qoyub. Bu baxımdan təhsil sahəsində indiyədək qazanılan uğurların məktəb rəhbərlərinin, pedaqoji kollektivlərin və təhsil idaəetmə qurumlarının birgə səyi ilə daha da genişlənəcəyinə, keyfiyyət amilinin prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılacağına əminlik ifadə olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]