AzerGold QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub -

“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru Coel Derbişirlə görüşüb.


Görüşdə Böyük Britaniyanın dağ-mədən sahəsində çalışan şirkətləri ilə “AzerGold” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Cəmiyyətin sədri Zakir İbrahimov “AzerGold” QSC-nin geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa önəm verdiyini bildirən sədr Cəmiyyətin  Böyük Britaniya şirkətləri ilə uğurlu tərəfdaşlıq təcrübəsinin  olduğunu vurğulayıb.
 

Böyük Britaniya şirkətlərinin dağ-mədən sənayesində qabaqcıl təcrübəyə sahib olduğunu qeyd edən Coel Derbişir təmsil etdiyi ölkənin Azərbaycanla  bu sahə üzrə də tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Diplomat həmçinin bu tip görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.
 

Görüşdə dağ-mədən sektorunda inkişaf tendensiyaları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]