Yüksək Texnologiyalar Parkının Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları qurum tərəfindən Təşəkkürnamə ilə təltif ediliblər -

Yüksək Texnologiyalar Parkının Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları qurum tərəfindən “Təşəkkürnamə” ilə təltif ediliblər

 Yüksək Texnologiyalar Parkının Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları qurum tərəfindən “Təşəkkürnamə” ilə təltif ediliblər

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Azərbaycan Ordusu ölkəmizin haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Bu qəhrəmanlar arasında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları da var.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş YT Parkın şəbəkə adminstratoru Qurbanəli Azayev və Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsinin aparatçısı Razi Nuriyev texnopark tərəfindən “Təşəkkürnamə” və mükafat təltif ediliblər.

Qeyd edək ki, Q.Azayev Kəlbəcər istiqamətində, R.Nuriyev isə Qubadlıda gedən döyüşlərdə iştirak ediblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]