Şəhid əsgər Elməddin Nəzərov - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Şəhid əsgər Elməddin Nəzərov (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Şəhid əsgər Elməddin Nəzərov

Elməddin İsmayıl oğlu Nəzərov 22 noyabr 1996-cı ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olmuşdur.

2003-2014-cü illərdə Şəhid Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbində təhsil alıb.
Elməddin Nəzərov 2015-2017-il tarixlərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri Elməddin İsmayıl oğlu Nəzərov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
2020-ci ilin sentyabr ayının 27 — dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 30-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.

Masallı rayonu Binə Xocavar kənd qəbiristanlığında dəfn edilib. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin şəhidi əsgər Elməddin İsmayıl oğlu Nəzərov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]