Taekvondoçularımız Olimpiya təsnifatlı turnirdən öncə Avropa çempionatına qatılacaqlar - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
TAEKVONDO
-----------------------------------------------------------
Taekvondoçularımız Olimpiya təsnifatlı turnirdən öncə Avropa çempionatına qatılacaqlar
Avropa Taekvondo İttifaqı 2021-ci ildə keçilməsi nəzərdə tutulan Avropa çempionatının vaxtını və məkanını elan edib. Bəlli olub ki, dayanq ustalarımız Olimpiya təsnifatlı turnirlərdən öncə özlərini Avropa çempionatında sınayacaqlar. Çempionat isə 8-11 aprel aralığında Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Bu yarışdan bir ay sonra isə taekvondoçuların lisenziya xarakterli ilk yarışı keçiriləcək. Söhbət 7-8 may günlərində Sofiyanın yenidən ev sahibliyi edəcəyi Avropa Olimpiya təsnifatlı turnirdən gedir. Qeyd edək ki, əslində bu yarış yanvarın sonunda keçirilməli idi. Lakin İJF (Beynəlxalq Cüdo Federasiyası) koronavirus pandemiyasını nəzərə alaraq yarışın vaxtını dəyişib.
Xatırladaq ki, hazırda Azərbaycan yığmasının aktivində cəmi 1 lisenziya var ki, o da dünya reytinq cədvəlində 2-ci olan ikitqat dünya çempionu Miladi Beiqi Xarçeqaniyə (80 kq) məxsusdur. Təəssüflər olsun ki, Olimpiya çempionumuz Radik İsayev (+80 kq) hələki Tokioya bilet ala bilməyib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)



