İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı
Bu xəbəri paylaş
İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı
Yanvarın 9-da İndoneziyada naməlum şəraitdə qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin “qara qutu”larından biri (FDR) tapılaraq sahilə çıxarılıb.
Bu barədə Nəqliyyat naziri Budi Karya Sumadi yanvarın 12-də təşkil edilən birgə mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, bu, axtarış-xilasetmə əməliyyatına cəlb olunan müvafiq qurumların birgə səyləri nəticəsində mümkün olub:
“Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra da uğurlu olacaq və pilotların kabinəsində yerləşən digər “qara qutu”nu (CVR), həmçinin sərnişinlərin cəsədlərini və təyyarənin digər hissələrini tapmağa kömək edəcək”. Modern.az
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !