"F-1"in Azərbaycan mərhələsi 6 iyunda keçiriləcək, Çin Qran-Prisi isə ləğv edilib - - İNTİQAM təqdim edir (AZpress.AZ)

"F-1"in Azərbaycan mərhələsi 6 iyunda keçiriləcək, Çin Qran-Prisi isə ləğv edilib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FORMULA-1
---------------------------------------------
"F-1"in Azərbaycan mərhələsi 6 iyunda keçiriləcək, Çin Qran-Prisi isə ləğv edilib

 

"RacingNews365" Beynəlxalq Avtomobil Federasiyasının 2021-ci ildə Formula-1 (F-1) üzrə keçiriləcək dünya çempionatının təqvim planında edilən dəyişikliklərlə bağlı yeni məlumat yayıb. Belə ki, 11 aprel günü keçirilməsi nəzərdə tutulan Çin Qran-Prisi (Şanxay) təqvimdən çıxarılıb. Bu xəbəri "F-1"in yeni bossu Stefano Domenikali özünün onlayn formatda keçirdiyi toplanısında bəyan edib. Onun sözlərinə görə ləğv edilən Çin Qran-Prisini İmola və Portimane mərhələsi əvəzləyəcək ki, bu da aprelin 18-də baş tutacaq. Bundan əlavə, boss onu da qeyd edib ki, Avstraliya Qran-Prisi martın 21-də deyil, noyabrın 21-də Səudiyyə Ərəbistanı (5 dekabr) və Abu-Dabi (12 dekabr) mərhələsindən öncə keçiriləcək.Ümimiyyətlə, 2021-ci ildə Azərbaycan Qran-Prisi də daxil olmaqla 23 mərhələ yarışı keçiriləcək. 2021-ci ilin təqviminin ilkin variantı belədir:


1. Bəhreyn Qran-Prisi - 28 mart, 2021-ci il;
2. Emilii-Romaniyi\San-Marino (İmola) - 18 aprel;
3. Portuqaliya Qran-Prisi - 2 may;
4. İspaniya Qran-Prisi - 9 may;
5. Monako Qran-Prisi - 23 may;
6. Azərbaycan Qran-Prisi - 6 iyun;
7. Kanada Qran-Prisi - 13 iyun;
8. Fransa Qran-Prisi - 27 iyun;
9. Avstriya Qran-Prisi - 4 iyul;
10. Böyükbritaniya Qran-Prisi - 18 iyul;
11. Macarıstan Qran-Prisi - 1 avquet;
12. Belçika Qran-Prisi - 29 avqust;
13. Hollandiya Qran-Prisi - 5 sentyabr;
14. İtaliya Qran-Prisi - 12 sentyabr;
15. Sinqapur Qran-Prisi - 26 sentyabr;
16. Rusiya Qran-Prisi - 3 oktyabr;
17. Yaponiya Qran-Prisi - 10 oktyabr;
18. ABŞ Qran-Prisi - 24 oktyabr;
19. Mexiko (Meksika) Qran-Prisi - 31 oktyabr;
20. San-Pauli Qran-Prisi (Braziliya) - 7 noyabr;
21. Avstraliya Qran-Prisi - 21 noyabr;
22. Səudiyyə Ərəbistanı Qran-Prisi - 5 dekabr;
23. Abu-Dabi Qran-Prisi - 12 dekabr.


İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !