Masallı rayonunun Hişkədərə kəndindən olan şəhid leytenant Vüsal Məhərrəmov - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Masallı rayonunun Hişkədərə kəndindən olan şəhid leytenant Vüsal Məhərrəmov (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Masallı rayonunun Hişkədərə kəndindən olan şəhid leytenant Vüsal Məhərrəmov

Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.
1986-cı ildə Hişkədərə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil almişdir.
Azərbaycan Ordusunun leytenantı Vüsal Aslan oğlu Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Vüsal Məhərrəmovun nəşi doğma kəndində torpağa tapşırıldı.Ailəli idi. İki oğul övladı Vətənə yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Hişkədərə kəndindən olan Vətən müharibəsinin şəhidi leytenant Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !