Heydər Əliyev Sarayı və Dövlət Kreml Sarayı birgə əməkdaşlıq edəcək. -

Heydər Əliyev Sarayı və Dövlət Kreml Sarayı birgə əməkdaşlıq edəcək.

 Heydər Əliyev Sarayı və Dövlət Kreml Sarayı birgə əməkdaşlıq edəcək.

 

Dekabrın 30-da Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Dövlət Kreml Sarayının baş direktoru və bədii rəhbəri Pyotr Şaboltay arasında videokonfrans formatında görüş keçirildi.
Ramil Qasımov qonağı salamlayaraq görüşün əhəmiyyətindən danışıb. İki ölkə arasında olan dostluq münasibətlərinin, mədəniyyət sahəsindəki münasibətlərin yüksək səviyyədə olması və dünyada pandemiya bitdikdən sonra yaxın əməkdaşlıq əlaqələrinin qurulması, görkəmli mədəniyyət xadimlərimizin fikir, təcrübə mübadiləsinin vacibliyini vurğuladı. Ramil Qasımov qeyd etdi ki, qarşıdan gələn 2021-ci ildə Dövlət Kreml Sarayının yubiley ili olması nəzərə alınaraq, birgə əməkdaşlığa dair memorandumun hazırlanması və nəticədə yeni mədəniyyət layihələrinin, yeni əsərlərin, baletlərin, festivalların, mədəniyyət günlərinin, konsertlərin hazırlanıb keçirilməsi praritet məsələ kimi qarşıya qoyulmalıdır.
Dövlət Kreml Sarayının direktoru Pyotr Şaboltay çıxışında səsləndirilən fikirlərlə razı olduğunu, dəstəklədiyini və gələcəkdə böyük məmnuniyyətlə Kreml Sarayının truppaları ilə Azərbaycana gəlib çıxış etmək istədiklərini bildirdi.
Görüşün yekununda tərəflər səmərəli görüşə görə bir-birinə qarşılıqlı olaraq təşəkkürlərini bildirdilər, səsləndirilən təklifləri nəzərdən keçirəcəklərini diqqətə çatdırdılar və qarşıdan gələn 2021-ci yeni təqvim ili münasibətilə təbrik edib, uğurlar dilədilər.
Qeyd edək ki, Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçirilən videokonfrans formatında görüş ənənəvi hal alacaq və gələcəkdə də dünya səviyyəsində tanınan bir çox teatr-konsert müəssisələrinin rəhbərləri ilə birgə əməkdaşlıq məqsədilə keçiriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !