VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirildi - FOTO

VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirildi - FOTO

22 dekabr 2020-ci il tarixdə onlayn formatda VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirildi. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının sədri Qriqoriy Petuşkovun sədrliyi ilə keçirilən forumda iki ölkənin parlament üzvləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, media və gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin müavini Yelena Drujinina forumda giriş sözü ilə çıxış edərək Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti, iki ölkə arasında olan dostluq münasibətləri, iqtisadi və humanitar sahədə reallaşdırılan layihələr haqqında ətraflı məlumat verdilər.


Azərbaycan Respublikası Milli Məclisin üzvləri Şahin Seyidzadə və Emin Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının üzvü Natalya Kuvşinova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri Elnur Əliyev və “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığı, o cümlədən, siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar və təhsil istiqamətlərində intensiv siyasi dialoqun və praktiki əməkdaşlığın mövcud olması haqqında danışdılar.


Daha sonra forum 2 plenar bölmə üzrə işini davam etdirmişdir. 1-ci bölmənin mövzusu “Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclər təşkilatları arasında əməkdaşlığın reallıqları və perspektivləri”, 2-ci bölmənin mövzusu isə “Mədəniyyətlərarası dialoq. Tarixi və mədəni irsin qorunması” oldu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və 30-dan artıq gənclər təşkilatının nümayəndələri plenar bölmələrdə çıxış edərək, həyata keçirlən layihələr haqqında məlumat verib, təcrübə və fikir mübadilələri apardılar. Forumun yekununda iştirakçılar iki ölkə gəncləri arasında əməkdaşlığın gücləndirilməsinə dair təkliflər səsləndirdilər.


Qeyd edək ki, VIII Azərbaycan-Rusiya Gənclər Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə keçirildi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]