Ana Vətənimizin sönməz ulduzları - Nurəddin ƏDİLOĞLU yazır

Ana Vətənimizin sönməz ulduzları Nurəddin ƏDİLOĞLU yazır

 Ana Vətənimizin sönməz ulduzları

44 günlük Vətən müharibəsinin qəhrəmanları –şəhidlərimiz və qazilərimiz haqqında nə qədər yazsaq da onların borclarından çıxa bilmərik

“Ulduzlar sönmür” filmi yəqin ki, yadınızdadır. Düzü, məqsədim heç də Azərbaycanın ictimai-siyasi xadimi Nəriman Nərimanovun inqilabi fəaliyyətindən bəhs edənbutarixi-bioqrafik kino əsərindən söhbət açmaq deyil. Çünki keçmişdən üzü bəri istər siyasət aləmində, istərsə də sənət dünyasında Odlar yurdumuzun sönməz ulduzları saya-hesaba gəlməz. Öz istedaları, fədakar əməlləri ilə ulduza çevrilənlər sönməsələr də, zaman- zaman yerlərini, missiyaları dəyişirlər...
Son vaxtlara kimi “ulduz” deyəndə gözümüzün önünəən çox ara müğənnilər, tamaşaçını güldürmək üçün bəsit məzmunlu yığcam “komediyalar” çıxaran aktyorlar gəlirdi. Peşkarlıqdan uzaq, sənət yanğısı sönük, iddiaları yerə-göyə sığmayan şou-biznes ulduzlarının sosial şəbəkələrdə klipləri,foto şəkilləri ilə yanaşı, həm də onların bir-birinə atmacaları, usandırıcı təsir bağışlayan statusları paylaşılırdı.Amma ulduz “xəstəliyi” getdikcə başqa sahələrədə epidemiya kimi yayılırdı. Hətta özəl telekanallarda lazım gəldi, gəlmədi tələm-tələsik hazırlanmış tok-şouları “əla” fürsət bilibözlərinə təmtəraqlı adlar verən, sinəsini qabardaraq mənəm-mənəmlik edəntoy müğənniləri bir-birinə “toy” tuta-tutaictimai qınağasəbəb olan açıq-saçıq danışıq və davranışlara yol verirdilər.
Qarabağ və onun ətrafında yeddi rayonumuzun 30 ilə yaxın düşmən tapdağında qaldığı bir dövrdə şou-biznes aləminin “super ulduzlarının” TV-ləri, sosial medianı lağlağı meydanına çevirməsi, özlərinin bahalı maşınlarını, mənzilllərini, geyimlərini, hətta süfrələrindəki bol nemətləri nümayiş etdirməsi demək olarki, dəb halını almışdı. Ən nüfuzlu KİV-lərin bu barədətənqidi yazılarına, tamaşaçı-dinləyici iradlarına belə əhəmiyyət verilmirdi.
Şükür olsun Allaha, 2020-ci ilin 27 sentyabrı həyatımızın gedişatını dəyişdi. Böyük Qələbəmizə vəsilə olan bu payız günündən başlayaraqbizlər təkcə Azərbaycanın şanlı tarixini və bu tarixə şahidlik etmək missiyasını yaşamadıq.Həm də 27 sentyabrdan başlayan və 44 gün davam edən Vətən müharibəsibiziyazıçı-dramaturq Əli Əmirlinin təbirincə desək, xəcalətli vəziyyətdən qurtardı. Bəli, biz indi üç ay qabaqkı azərbaycanlı deyilik, biz artıq qalib Azərbaycanın vətəndaşlarıyıq. Doğma Vətənimizin hər yerində, küçələrdə, telekanallarında, sosial şəbəkələrdə bu gün əsl Azərbaycan ulduzlarının canlı görüntüləri, videoçarxları, foto-şəkilləriDövlət bayrağmızla birgə sayrışır. Vətən uğrunda gözlərinı qırpmadan canlarını fəda verən bu ulduzların çoxunun tərcümeyi -halı elə ömür yolları kimi çox qısadır.Fəqət qəlblərindəböyük Vətən sevgisi, baxışlarındasəmimiyyət, duruşlarında mərdlik, təbəssümlərində ləyaqət çiçəkləyən bu qeyrətli oğullar yaşından, vəzifəsindən, rütbəsindən asılı olmayaraq Azərbaycanın tərcümeyi-halına qəhrəman kimiyazıldılar...
Ana Vətəninizin sönməz ulduzlarından biri -ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmiş gizir Xudayar Yusifzadəni məşhur edən, sosial şəbəkələrdə trendə çevrilən şövqlə oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə bərabər,həm də onun əbədiyaşar, qalibanə təbəssümüdür.
İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti Qarabağda canlı döyüş səhnələrini, barıt qoxuyan təbiət mənzərələrini, tarixi məkanlarıçəkən peşəkar fotoqrafdır. LakinRza bəyəgər Xudayar Yusifzadəni Zəngilanda həmin mahnını oxuduğu anda çəksəydi, yəqin ki, o şəkil dünyanın ən böyük sərgilərində “Gülüşü gözəl əsgər fotosu”olacaqdı... Könül oxşayan şeirlərin müəllifi Xatirə Rəhimbəyli isə Xudayarın mahnı oxuduğu məqamı elə əsl fotaqraf gözü ilə qələmə alıb: “...Vətən nur üzlülərin, gülüşü gözəllərin, ürəyi Vətən eşqiylə alışıb-yananların qanıyla yoğrulub. O qandan çiçəklər göyərəcək, uca-uca çinarlar, palıdlar, dəmirağaclar boy verəcək. Nə qədər o meşələr yaşayır, dağlar dikəlir, sular axır o möcüzələr yaşayacaq. Və ətrafına sevinc, səadət, gülüş səpəcək sənin kimi Xudayar bala, sənin gülüşünə bənzəmək istəyəcəük çiçəklər, gülüşü gözəl şəhidim...”
Xudayar Yusifzadə kimi gülüşü gözəl şəhidlərimizigid ölən gündətəzədən doğuldular.Axı atalar əbəs deməyib: “İgid ölər, adı qalar.” Bəs mərdanə duruşu ilə düşmənə gözdağı olan topçumuz Vüsal Şahkərimovun sosial şəbəkələrdə, TV kanallarda ən çox paylaşılanvə Azərbaycan Ordusunun Vüsal atəşi adlanan görüntüsü görəsən hansı foto-müsabiqədənin seçilənulduzu olardı?!Düşmən üzərinə mərmini atıb qürurlu geri dönüşü ilə ürəkləri fəth edən 19 yaşlı Vüsal indi tək Xaçmaz rayonunun Qusarçay kəndində doğulub boya-başa çatdığı Şahkərimovlar ailəsinin yox, bütün Azərbaycanın qəhrəman oğludur.
...Vətənpərvərlik mövzusunda film çəkmək istəyən, 22 yaşlı Fəqan Məmmədovun qəhrəmanlıq göstərdiyi an isə təkcə silah yoldaşlarını deyil, həm də ölüm mələyini belə heyrətə gətirmişdi.Mühasirəyə düşən erməni faşistləri ağ bayraq qaldıran zaman Fəqan əsgər yoldaşları ilə onlara yaxınlaşıb. Hiyləgər düşmən əl qumarasını onlara tərəf atarkənFəqan silah yoldaşlarınınhəyatıını xılas etmək üçün öz bədənini sipər edib.Tələbə, nişanlı şəhidimiz görəsən o anda hansı hissi keçirib?..Atası Birinci Qarabağ savaşının iştirakçısı olan Fəqan müharibədən çoxseriyalı film çəkmək arzusu ilə yaşayırdı.

Həqiqi hərbi xidmətini 2021 –ci ilin yanvar ayında başa vurub, təhsilini Mədəniyyət və İncəsənət Universitetində davam etdirəcəkdi. Fəqanın kinorejissorluq fakültəsində müəllimi olmuştanınmış kinorejissor Ayaz Salayev onun igidliyi bir qəhrəmanlıq epopeyası adlandırır:Fəqan kimilər dünyaya nadir hallarda gəlir, onlar ölmürlər, ürəklərdə yaşayırlar.”Zaqatalanın saxur millətindən olan sevimli tələbəsinindünya kinosunun tarixini, onun daxilində alicənablıq və şərəf hissini tərbiyə edən şedevrləri öyrəndiyini vurğulayan A. Salayev mənfur erməni faşistlərininFəqanın ruhunda yaşayan Fellini, Antonioni, Berqman, Kurosava, Tarkovski və Kubrik kimidünya şöhrətli kinorejissorları öldürdüyünü bildirib...
Deyirlər, qəhrəmanlıq fərdin şüurlu və iradəvi olaraq öz həyatından imtinaya hazır olduğu anda baş verir. Elə bu məqəmda 10-a yaxın erməni hərbçisi ilə təkbaşına əlbəyaxa döyüşə girən 19 yaşlı Çəbrayıl Dövlətzadənin portreti göz önündəcanlanır. Müharibə bölgəsindən uzaq Sərhəd Qoşunlarında xidmət edən Cəbrayıl özü ərizə yazaraq könüllü döyüşlərə qatılmışdı. Düşməninbir generalını vəpolkovnikini əlləri ilə boğaraq öldürən igid əsgər general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və onların silahdaşlarınınqisasını alaraq sentyabrın 28-də şəhid oldu. Şəhid yüksək amal, məslək, əqidə, din və inanc uğrunda canını fəda edən adama deyilir. Cəbrayıl da şəhidlik məqamını düşünərək seçmişdi. Hətta düşmənlə təkbaşınadöyüşə girəndə, silahdaşlarını geri qaytarıb: “Sizn ailəniz-uşağınız var, gəlməyin” demişdi. Atası Dövlət bəy oğlunun şüurlu şəkildə şəhidlik məqamının ona Kərbala çölündə İmam Hüseyninşəhadətinixatırlatdığını söyləyir. Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri Ömər Faiq Nemanzadə müsəlmanlarıhəzrəti İmam Hüseynin (ə) millət yolunda şəhidliyini öyrənməyə, onun şəhadətindən doğru nəticə çıxarmamağa çağırırdı:“...həzrəti İmam Hüseyn əleyhsalamın vaqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi?”
...2783 şəhidimiz üstəgəl yüzlərlə qazimiz Vətən sevgisinin imandan olduğunu öz canları və qanları ilə sübut etdilər. Onların hər biri fəhmlə tarix yaddaşından və dini inclarımızdan qaynaqlananvə əsrlərin sınağından çıxan “Azərbaycan xalqı qəhrəman xalqdır” deyiminə münasibəti fədakarcasına yenilədi.Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsi düşmənlərimizə, eləcə də bütün dünyaya üçrəngli Azərbaycan bayrağı altında azsaylı xalqların mərd oğullarının döyüşdüyünü və milli birliyimizin sarsılmaz olduğunu nümayiş etdirdi.
Mən hələ Birinci Qarabağ müharibəsinin qəhrəmanıtank komandiri Albert Aqarunov, ata və anasına “Şəhid olsam – ağlamayın”deyib təkbaşına düşmənlə savaşan Milli Qəhrəman Mübariz İbrahimov, Aprel döyüşlərinin qəhrəmanı - Murov qartalı polkovnik-leytenant Raquf Orucov, şəhadəti ilə sülsevər xalqımızın səbir kasasını daşıran, vətənpərvərgənclərimizi ayağa qaldıran Azərbaycanın Mulli Qəhrəmanı general –mayor Polad Həşimov və müzəffər ordumuzun yüzlərlə söyməyən ulduzlarından bəhs etmədim. Zamanın və məkanın çərçivəsinə sığmayan qəhrəmanlıq məqamında Allahın müqəddəsnuruna boyanan hər bir şanlı Azərbaycanəsgər və zabitinin portreti dünya sərgi salonlarının şah foto əsərləridir. Pəhlivan cüssəli, gülüşü gözəlşəhidlərimizin hərbi geyimdə çəkilmiş şəkillərində Dövlət Bayrağımızabağlılıq, əsl kişilərə məxsus təəssübkeşlik əbədi həkk olunub.
...İnsan ruhu da ulduz kimi əvvəl - axır göylərlə bağlıdır.Ana Vətənimizin sönməz ulduzlarının torpaq üzərində - Şəhidlər xiyabanlarında boy-boyaverən məzarları isə gələcək nəsillərə qəhrəmanlıq və vətənrərvərlik aşılayan ziyarətgaha dönüb.Biz –qələm adamları onların haqqında nə qədər yazsaq da borclarından çıxa bilmərik. Çünkü bu gün bütün dünya Azərbaycanlıları onalrın saysəsindəZƏFƏRsevincini yaşayırlar.

 

22.12.2020.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !