Sosial elmlər və psixologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Sosial elmlər və psixologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Microsoft Teams platforması üzərindən fakültənin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutub.
 

Onlayn tədbiri giriş sözü ilə açan fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İranə Məmmədli müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının tanınmış lideri, Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı və istedadı ilə fərqləndiyini, hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
 

Tədbir fakültə tələbələrinin Ümummilli Lider Heydər Əliyev haqqında çıxışları ilə davam edib. Çıxışlarda hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğu və Ümummilli Lider Heydər Əliyevin Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyası, dahi şəxsiyyətin vətənin müstəqilliyi və inkişafında göstərdiyi layiqli xidmətlər nəticəsində həmişə xalqın və tarixin yaddaşında əbədi yer tutduğu qeyd edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.
 

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə başa çatıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]