Ulu Öndər Heydər Əliyevin anım günü Daşkənddə də qeyd edilib. -FOTO=10

Ulu Öndər Heydər Əliyevin anım günü Daşkənddə də qeyd edilib. -FOTO=10

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim təşkil edib.
Mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar.
Tədbir iştirakçıları mərkəzin foyesində Ulu Öndərin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlara həsr edilmiş foto və kitab sərgisinə baxıblar.
Hüseyn Quliyev mərasimdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açıb. O, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi, sözün əsl mənasında, xilas etməsi haqqında söhbət açıb. H. Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, nəticədə uğurlu nəticələr əldə edildi.
Səfir Ermənistanın son təxribatları, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi, elə ilk gündən cəbhədə üstünlük əldə olunması və bunun da nəticəsində Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı şəhərlərinin və kəndlərin, bir sıra yüksəkliklərin işğaldan azad olunması haqqında məlumat verib. Səfir vurğulayıb ki, qədim Şuşa şəhərinin işğaldan azad edilməsi isə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.
Hüseyn Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanat qəbul etmələri haqqında məlumat verib, vurğulayıb ki, məhz bu razılaşmaya əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan və bir şəhid vermədən ölkəmizə qaytarılıb 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]