Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Azərbaycanın Pakistandakı Səfirliyindədə anılıb.

Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Azərbaycanın Pakistandakı Səfirliyindədə anılıb.

 Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Azərbaycanın Pakistandakı Səfirliyindədə anılıb.

Səfirlikdə keçirilən tədbirdə ilk öncə ulu öndərin büstü önünə gül dəstəsi qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Azərbaycanın Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ölkəmizin dövlətçiliyinin qorunub-saxlanmasında və müstəqilliyin gücləndirilməsində, milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, siyasi və iqtisadi nailiyyətlərin əldə olunmasında, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu və xalqımız qarşısındakı unudulmaz xidmətləri haqqında məlumat verib. Səfir ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi davamlı səy və xidmətlərini də xüsusi vurğulayaraq, məhz onun müdrik siyasəti, təcrübəsi və 1994-cü ildə atəşkəs anlaşmasını imzalaması nəticəsindəAzərbaycanın digər torpaqlarının işğalının və müstəqilliyinin itirilməsinin qarşısının alındığını, atəşkəsdən sonra güclü dövlət və ordu quruculuğuna başlandığını və bu müdrik siyasətiuğurla davam etdirən ölkəmizin Prezidenti, Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ məsələsinin də həll olunduğunu, əzəli Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və Azərbaycanın Vətən müharibəsində qələbə qazandığını bildirib.
Səfir builki anım ilinin xüsusi dövrə təsadüf etdiyini, ulu ondər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüynün təmin olunması arzusunun reallaşdığını və onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]