Vizual dizayner gənc annimasiya mütəxəssisləri arasında müsabiqə

“Vizual dizayner” gənc annimasiya mütəxəssisləri arasında müsabiqə

Gənclər və İdman Nazirliyi vizual annimatorlar arasında “Vizual dizayner” müsabiqəsini elan edir.
 

Müsabiqədə iştirak etmək üçün  vizual annimatiorlar vətənpərvərlik və “COVİD-19” pandemiyası ilə mübarizə mövzularında animasiyalar hazırlayıb, Gənclər və İdman Nazirliyinə elektron poçtla təqdim edirlər.
 

Müsabiqənin tarixləri:  10 dekabr 2020 – 15 yanvar 2021-ci il
 


İştirak şərtləri:


• annimasiyalar 1 dəq. cox olmamalıdır;
• annimasiyalar yalnız Azərbaycan dilində olmalıdır;
• bir şəxs hər mövzu üzrə yalınız 1 annimasiya təqdim edə bilər;
• təqdim edilən annimasiyalar daha öncə heç bir yerdə yayımlanmamalıdır;
• anket [email protected] elektron ünvana göndərilməlidir. Anket formaya bu linkdən keçid edə bilərsiz: https://docs.google.com/forms/d/1jh8Ipqv6X43EhkjMJTHqFIfWh8GYaTAllTmbRDEwhn0/edit
 


Qaliblərin müəyyən edilməsi və mükaftlandırılması:


İlkin selleksiya aparıldıqdan sonra təqdim edilmiş annimasiyalar nazirliyin sosial şəbəkədəki səhifəsində paylaşılır. Daha cox bəyənmə və baxış toplayan annimasiyalar münsiflər heyətinə təqdim edilir. Münsiflər heyəti müstəqil ekspert və mütəxəssislərdən formalaşdırılır. Yekunda 3 qalib müəyyən edilir. Qaliblərə aşağıdakı mükafatlar təqdim edilir.
 

1-ci yer – 1.500 AZN
2-ci yer –  1.000 AZN
3-cü yer – 500 AZN
 

QEYD: Mükafatlar hər 2 mövzu üzrə ayrı-ayrılıqda təqdim edilir. Yer tutmayan lakin, maraqlı olan annimasiyaların müəlliflərinə həvəsələndirici mükafatlar təqdim edilə bilər.
 

Bu müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.9.8 yarımbəndinin (Gənclərin bilik və bacarıqlarını inkişaf etdirən rəqəmsal məhsulların yaradılması) icrası məqsədilə təşkil edilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]