BDU THİK ehtiyacı olan tələbələri pulsuz internet paketi ilə təmin edəcək -

BDU THİK ehtiyacı olan tələbələri pulsuz internet paketi ilə təmin edəcək

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) pandemiya ilə əlaqədar olaraq davam edən onlayn tədris prosesi dövründə internet problemi yaşayan BDU tələbələrinə pulsuz internet paketin hədiyyə olunmasını nəzərdə tutan layihəyə start verib. Layihənin ilk mərhələsində xüsusilə cəbhəyanı bölgə və rayonlarda yaşayan 300 tələbəyə yardım olunması nəzərdə tutulub.
 

Layihə çərçivəsində distant təhsil dövründə internet imkanı məhdud olan tələbələrlə bağlı bu cür yardımlar davam etdiriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !