AMEA MEK-in sektor müdiri, doktorant Təranə Rüstəmova Türkiyənin Bengütürk televiziya kanalına müsahibə verib - -FOTO=2

AMEA MEK-in sektor müdiri, doktorant Təranə Rüstəmova Türkiyənin Bengütürk televiziya kanalına müsahibə verib -FOTO=2

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafiya şöbəsinin Biblioqrafik vəsaitlərin hazırlanması sektorunun müdiri, AMEA Əlyazmalar İnstitutunun doktorantı Təranə Rüstəmova Türkiyənin Bengütürk televiziya kanalının “Maziden Atiye” verlişinə müsahibə verib. Canlı bağlantı zamanı “Qarabağın azadlığı uğrunda Vətən savaşı” mövzusunda aparıcı Cafer Kardaşın suallarını cavablandıran T.Rüstəmova Xocalı faciəsi haqqında geniş məlumat verərək, Qarabağın işğalı zamanı ermənilərin qadınlara, uşaqlara qarşı etdikləri işgəncələri, vəhşilikləri tarixi faktlarla diqqətə çatdırıb. Qeyd edək ki, bir müddət əvvəl də, beynəlxalq elmi konfransların iştirakçısı olan və çıxışlarında Qarabağ münaqişəsinə, maddi mədəni irsimizin məhv edilməsinə xüsusi önəm verən Təranə Rüstəmovanın Ankarada baş tutan Toplum, kadın ve şiddet adlı beynəlxalq simpoziumda Qarabağın işğalı zamanı ermənilərin qadınlara qarşı şiddət və vəhşilikləri (1988-1994)" adlı məruzəsi də, iştirakçıların böyük marağına səbəb olmuşdu.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr şöbəsi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !