Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili adlı layihənin icrası başa çatmışdır. - -FOTO=9

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adlı layihənin icrası başa çatmışdır. -FOTO=9

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adlı layihənin icrası başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi, ″Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr″ ictimai birliyi tərəfindən keçirilən layihə Şamaxı və Xaçmaz regionu üzrə geniş marağa səbəb olmuşdur.
Layihənin icrasında Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının alim heyəti yaxından iştirak etmişdir. BMA-nın elmi laboratoriyasının rəhbəri, dosent Nuridə İsmayılzadənin qeyd etdiyi üzrə laboratoriyanın əməkdaşları xanəndəlik ixtisasında xalq artisti Zümrüd Məmmədova, tar ixtisası üzrə xalq artisti Ramiz Quliyev, kamança ixtisası üzrə əməkdar incəsənət xadimi Arif Əsədullayev region müəllimləri ilə metodiki məsələlər üzrə müzakirələr aparmış, şagirdlərlə ustad dərsləri keçmişdir. Layihəyə Xaçmaz Regional Mədəniyyət və İsmayıllı Regional Mədəniyyət İdarələri cəlb olunmuş, qurumların göstərişi ilə üç ay ərzində davam edən layihəyə Xaçmaz və Şamaxı regionu üzrə musiqi məktəblərinin şagird və müəllim heyəti qatılmışdır. Layihədə Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzi xüsusi fəallıq göstərmişdir. ŞİTM direktoru, tarzən Namiq Rzayevin sözlərinə görə bu tipli layihələrin əhəmiyyəti günümüzdə olduqca mühimdir. Pandemiya dövründə uşaqların musiqi təhsilindən kənar qalmaması, onlayn dərslərə adaptasiya olması və yaradıcılığının stimullaşmasında ustad dərslərinin rolu böyük oldu. Xüsusilə adları qeyd edilən ustadlarla canlı ünsiyyət hər zaman baş vermir, bu hadisə şagirlərin yaddaşlarında hər zaman dəyərli anlar kimi həkk olunacaqdır.
Xanəndə, xalq artisti Zümrüd Məmmədova şagirdlərin dərslərə olan məsuliyyətindən danışaraq, xüsusi məharətlə ifalarını ayrıca vurğuladı. Təbii ki, burada region müəllimlərinin əməyi əvəzsizdir. Şagirdlərin səliqəli geyimləri, qarlı havada məktəblərinə, müəllimlərinin yanına gələrək dərslərə qatılmaları şagirdlərimizin musiqi sənətinə olan yüksək həvəs və marağından xəbər verirdi. Layihə çərçivəsində Şamaxı bölgəsi üzrə qatılımçıların istəyi və fəallığı nəzərə alınaraq tar və xanəndə ustad dərslərinin sayı artırıldı.
Uğurla başa çatan layihənin gələcəkdə də davam etdirilməsi SÖMEƏ ictimai birliyi və BMA elmi laboratoriyası üçün prioritet istiqamətlərdəndir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !