Pandemiya dövründə uşaqlara qarşı zorakılıqla mübarizə -

“Pandemiya dövründə uşaqlara qarşı zorakılıqla mübarizə”

Pandemiya dövründə uşaqlara qarşı zorakılıqla mübarizə

 

Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Pandemiya dövründə uşaqlara qarşı zorakılıqla mübarizə” layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihənin məqsədi COVİD-19 dövründə uşaqlara qarşı zorakılıqla mübarizənin gücləndirilməsinə, uşaqlara qarşı zorakılıq hallarının aşkar edilməsinə və gizlədilməsinin qarşısının alınmasına,dözümsüzlük şəraitinin yaradılmasına, uşaqlarla bağlı internet zorakılığı, uşaqların birbaşa hüquq-mühafizə orqanlarına müraciət imkanları barədə biliklərin yayılmasına kömək etməkdən, zorakılığa məruz qalmış uşaqlara yardım göstərilməsindən ibarətdir. Layihə çərçivəsində “Pandemiya dövründə uşaqlara qarşı zorakılıqla mübarizə” adlı e-kitab hazırlanmış və açıq internet resurslarında yerləşdirilmişdir. Kitabda uşaqlara qarşı zoraklılığın anlayışı, növləri, əlamətləri, zorakılıq hallarında davranış, zorakılğa görə məsuliyyət, zorakılıq hallarında atılmalı olan addımlar barədə biliklər verilmiş, zorakılıq hallarında konkret müraciət ünvanları verilmişdir ki, bu da indiki pandemiya dövründə internetdən istifadə hallarının artdığı bir dövrdə maarıfləndirimənin əhatəsinin artmasına, daha çox insanın zəruri biliklər və konkret fəaliyyətlər barədə məlumatlar almasına kömək edir. Layihə çərçıvəsində məlumatlandırıcı informasiya bukletləri hazırlanmış, Tovuz rayonunda 03 dekabr 2020-ci ildə Tovuz rayon İcra Hakimiyyəti ilə birlikdə əvvəlcədən müəyyən edilmiş zorakılığın qurbanı olmuş və risq altında olan 50 uşağa tibbi-gigiyenik materiallar paylanmış, istifadə qaydaları izah olunmuşdur. Tibbi-gigiyenik materialların paylanması konfidensiallıq nəzərə alınmaqla həyata keçirilmişdir.
Daha sonra mövcud vəziyyət nəzərə alınaraq bukletlər evlərin poşt qutularına atılmaqla və müxtəlif dövlət qurumlarına, təhsil müəssisələrinə paylanmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !